EDİFEE Gürcüstan, Ermənistan və Azərbaycanın ekoloji və enerji sektoruna investisiya üçün 470 mln. avro ayıracaq

EDİFEE Gürcüstan, Ermənistan və Azərbaycanın ekoloji və enerji sektoruna investisiya üçün 470 mln. avro ayıracaq
# 14 iyun 2012 20:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Avropa İnkişaf və Şərqi Avropa üzrə İnvestisiya Fondu (EDİFEE) Gürcüstan, Ermənistan və Azərbaycanın ekoloji və enerji sektoruna investisiya üçün 470 mln. avro ayıracaq
APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə qərar Fondun idarə heyətinin keçirilən iclasında təsdiq olunub. Məlumata görə, bu vəsait 36 ay müddətində tələb olunan meyarlara uyğun olaraq münasib ətraf mühit və enerji layihələrinə xərclənəcək. Fond eyni zamanda investisiyasını Gürcüstan, Ermənistan və Azərbaycanda bərpa olunacaq infrastruktur layihələri (tullantılar və çirkab su təmizləmə sistemləri) üçün, eləcə də enerji layihələrinin (günəş , külək, biokütlə) bərpası üçün yönəldəcək.
Gürcüstan, Ermənistan və Azərbaycan üçün kifayət qədər investisiya ayrılması bu ölkələrin ekoloji və enerji investisiyalarına ehtiyaclarını uzun müddət diqqətlə təhlil etdikdən sonra qərara alınıb. Bu investisiyalar bu ölkələrdə əhalinin əksəriyyəti üçün daha yaxşı infrastruktur və xidmət yaradacaq, investorlar üçün qəbul edilən memorandumda qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR