Avropa Parlamenti İranla bağlı qətnamə yayıb

Avropa Parlamenti İranla bağlı qətnamə yayıb
# 17 iyun 2012 10:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Parlamenti İranda milli və dini azlıqlara qarşı ayrı-seçkiliklə bağlı qətnamə yayıb. APA-nın “əl-Ərəbiyyə” saytına istinadən verdiyi məlumata görə, sənəddə İran hökumətinin milli və dini azlıqlara qarşı apardığı qərəzli siyasət pislənilib.

Qətnamədə bildirilir ki, İran hökuməti milli və dini azlıqlara münasibətdə ölkə Konstitusiyasına belə əməl etmir: “Bu ölkədə yaşayan qeyri-fars millətləri və dini azlıqlara qarşı ayrı-seçkilik siyasəti aparılır. Müxtəlif milli və dini mərasimlərin keçirilməsi, etiqad azadlığı, yığıncaqlar və icmalarda toplaşmaq əsas hüquqlardan sayılır. Ancaq İranda azərbaycanlılar, ərəblər, bəluclar və kürdlər basqı altındadırlar. Hökumət siyasi fəallara qarşı repressiyalar həyata keçirir, onları həbsxanaya salır, işgəncələrə və təqiblərə məruz qoyur. Onları narkotik maddələrin qaçaqmalçılığında və ya Allaha qarşı müharibə aparmaqda günahlandırırlar”.

Sənəddə həmçinin İranda ərəb əsilli 6 vətəndaş barəsində çıxarılmış edam hökmünün ləğv edilməsi və onların işinə yenidən baxılması tələb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR