İtaliya Prokurorluğu sabiq baş nazir Silvio Berluskoninin 3,8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib

İtaliya Prokurorluğu sabiq baş nazir Silvio Berluskoninin 3,8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib
# 19 iyun 2012 07:50 (UTC +04:00)
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Mediaset”in təsisçisi olan S. Berluskoni, holdinqin sədri Fadele Konfalonyeri və rəhbərlikdə təmsil olunan digər şəxslər offşor vasitəsilə xarici film və televiziya proqramlarının yayın hüququnun alınıb media holdinqə satılması zamanı ödənən məbləği az göstərərək fırıldağa əl atmaqda ittiham olunurlar. Bu sxem üzrə 1994-1999-cu illərdə ABŞ şirkətlərindən ümumilikdə 470 milyon avro məbləğində film və teleproqramın yayın haqqı əldə edilib. Ödənən məbləği az göstərməklə “Mediaset” həm vergidən yayınıb, həm də Berluskoninin siyasi kampaniyaları üçün istifadə olunan qanunsuz fondlar yaradılıb.

İş üzrə növbəti məhkəmə iclası iyulun 2-nə təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR