2013-cü ildə ATƏT-ə sədrlik edəcək Ukraynanın xarici işlər naziri əsas prioritetlərini açıqlayıb

2013-cü ildə ATƏT-ə sədrlik edəcək Ukraynanın xarici işlər naziri əsas prioritetlərini açıqlayıb
# 20 iyun 2012 17:00 (UTC +04:00)
APA-nın ATƏT-in saytına istinadən xəbərinə görə, K.Qrişenko bildirib ki, Ukrayna təşkilatın möhkəmləndirilməsinə və münaqişələrin həllində ATƏT-in effektivliyinin artırılmasına tərəfdardır.

Nazir ATƏT-in təhlükəsizliyinə dair əməkdaşlıq mühitinin yaradılmasına, təşkilatın dəyərlərinin inkişafına, hərbi-siyasi, ekoloji, iqtisadi və bəşəri aspektlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə Ukraynanın öz töhfəsini vermək niyyətində olduğunu bəyan edib. O, Ukraynanın hərbi və siyasi sahələrdə şəffaflığa və əməkdaşlığa çalışacağını vurğulayıb: “BU, xüsusən heç bir hərbi-siyasi ittifaqa üzv olmayan ATƏT ölkələrinin təhlükəsizliyi üçün vacibdir. Ukrayna ATƏT çərçivəsində adi silahlar üzrə gələcək nəzarətin əsas prinsiplərinin işlənib hazırlanmasına istiqamətlənmiş yeni dialoq təşəbbüsü ilə çıxış etməyi məqsədəuyğun sayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR