Tuluzada 4 nəfəri girov götürmüş cinayətkar həbs edilib

Tuluzada 4 nəfəri girov götürmüş cinayətkar həbs edilib
# 20 iyun 2012 17:59 (UTC +04:00)
Bakı-APA. Polis Fransanın Tuluza şəhərində bankda 4 nəfəri girov götürmüş kişini ələ keçirib.

Həbsdən əvvəl atışma baş verib. Frans Press-in məlumatına görə, atışma zamanı cinayətkar yaralanıb. Girovlara zərər toxunmayıb.

Özünü Bumaza adlandıran cinayətkar səhər banka daxil olaraq nağd pulları tələb edib. Bank işçiləri ona əhəmiyyət vermədikdə Bumaza silahını çıxararaq 4 nəfəri girov götürüb. Cinayətkar danışıqlar nəticəsində daha öncə 2 qadın girovu azad etmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR