Hakkaridə 26 PKK-çı məhv edilib

Hakkaridə 26 PKK-çı məhv edilib
# 20 iyun 2012 21:45 (UTC +04:00)
Bakı-APA. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Hakkari əyalətinin Yüksekova ilçəsində əsgərlərə edilmiş terror hücumuna cavab tədbirləri barədə məlumat verib. Məlumata görə, cavab tədbirləri nəticəsində 26 PKK terrorçusu məhv edilib, 1 terrorçu isə sağ olaraq ələ keçirilib. Cavab tədbirlərində helikopterlər və pilotsuz uçan obyektlərdən istifadə olunub.

Xatırladaq ki, terror hücumu nəticəsində 8 əsgər həlak olub, 19 əsgər isə yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR