Rumıniyanın keçmiş baş naziri intihara cəhd edib

Rumıniyanın keçmiş baş naziri intihara cəhd edib
# 21 iyun 2012 02:54 (UTC +04:00)
Bakı-APA. Rumıniyanın keçmiş baş naziri 61 yaşlı Adrian Nestase bu gecə özünü öldürmək istəyib. Boynundan yaralanan Nestase ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Bu ilin yanvarında Rumıniya Ali kasasiya məhkəməsi keçmiş baş naziri korrupsiya cinayəti ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edib. Nestase 2004-cü ildə simpoziuma dəvət olunmuş təşkilat və şirkətlərdən 1,7 milyon avro rüşvət almaqda təqsirli bilinib. Keçmiş baş nazir qərardan apelyasiya şikayəti versə də məhkəməni uduzub.

Nestase 2001-2004-cü illərdə Rumıniya hökumətinə başçılıq edib. O 2004-cü ildə prezident seçkilərində iştirak edərək Trayan Beseskuya uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR