ATƏT-in təhlükəsizlik üzrə illik icmal konfransı keçiriləcək

ATƏT-in təhlükəsizlik üzrə illik icmal konfransı keçiriləcək
# 25 iyun 2012 13:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İyunun 26-28-də Vyanada ATƏT-in təhlükəsizlik üzrə illik icmal konfransı keçiriləcək. APA-nın xəbərinə görə, 3 günlük konfransda 56 üzv ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Tədbirdə transmilli təhdid və təhlükələrlə əlaqəli olan və ümumi maraq doğuran təhlükəsizlik məsələləri, silahlar üzərində nəzarət, etimad və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də münaqişələrin qarşısının alınması və həlli məsələləri müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR