Türkiyə qırıcı təyyarəsinin vurulmasını bölgədə sülhə təhlükə adlandırıb

Türkiyə qırıcı təyyarəsinin vurulmasını bölgədə sülhə təhlükə adlandırıb
# 26 iyun 2012 04:59 (UTC +04:00)
Bakı-APA. Türkiyə Suriya ilə mövcud olan təyyarə böhranı ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb. Müraciətdə türk qırıcı təyyarəsini vurmuş Suriya hərbçilərinin hərəkətləri bölgədə sülh və təhlükəsizliyə təhlükə kimi qiymətləndirilir.

«Beynəlxalq hava məkanında həyata keçirilmiş və iki türk pilotun həlak olması ilə nəticələnə biləcək bu hücum Türkiyənin Milli təhlükəsizliyini təhdid edən Suriya hakimiyyəti tərəfindən düşmən niyyətilə həyata keçirilmiş aktdır», deyə müraciətdə deyilir.

Eyni zamanda müraciətdə Təhlükəsizlik Şurasından heç bir təcili addım atmaq tələb olunmur.

Xatırladaq ki, Türkiyəyə məxsus RF-4E hərbi təyyarəsi ötən həftə Aralıq dənizinin üzərində Suriya hərbçiləri tərəfindən vurulub. Təyyarənin qalıqları bu günədək axtarılır. Həmçinin vurulmuş təyyarənin qalıqlarını axtaran təyyarələrdən birinə Suriya hərbçiləri tərəfindən atəş açıldığı barədə məlumat yayılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR