Türkiyədə baş verən partlayışda 3 əsgər yaralanıb

Türkiyədə baş verən partlayışda 3 əsgər yaralanıb
# 26 iyun 2012 10:01 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında Jandarma Komandanlığı yaxınlığında baş verib. Əsgərlərin zibil atdığı qutuda quraşdırılan mina partlaması nəticəsində yaralanan hərbçilərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.

Trabzon Valisi Recep Kızılcık baş verən hadisə ilə bağlı açıqlamasında partlayan minanın uzaqdan idarə olunduğunu deyib. Məlumata görə, əsgərlər zibilləri atmaq üçün qutuya yaxınlaşan zaman partlayış meydana gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR