Qabriella Battaini Draqoni Avropa Şurasının Baş katibinin müavini vəzifəsinə seçilib

Qabriella Battaini Draqoni Avropa Şurasının Baş katibinin müavini vəzifəsinə seçilib
# 26 iyun 2012 19:17 (UTC +04:00)
Plenar iclasın sonunda Assambleya üzvləri gizli səsvermə yolu ilə 133 səslə Qabriella Battaini Draqonini AŞ-nın Baş katibinin müavini vəzifəsinə seçiblər.
Qeyd edək ki, Baş katibin yeni seçilmiş müavini öz səlahiyyətlərinin icrasına 2012-ci ilin sentyabrın 1-dən icra edəcək və 3 il ərzində bu vəzifədə çalışacaq. AŞ Baş katibinin hazırkı müavini Mod de Bur Bukikio-nun səlahiyyət müddəti isə bu ilin 31 avqustunda bitir. AŞ daxilində aparılan islahatlar çərçivəsində bu vəzifənin səlahiyyət müddəti 5 ildən 3 ilə endirilib.
Bu posta İtaliyalı xanım Qabriella Battaini Draqoni ilə yanaşı İsveçrəli Jerar Studman namizədliyi irəli sürülmüşdü.

Qabriella Battaini Draqoni 2011-ci ilin oktyabr ayından etibarən AŞ-nın Proqramlar üzrə Baş direktorudur. Bundan öncə Təşkilatda müxtəlif vəzifələrdə işləyib. 2004-2011 illərdə AŞ-nın Təhsil, Mədəniyyət və İrs, Gənclər və İdman üzrə Baş direktoru və AŞ-nin Mədəniyyətlərarası dialoq üzrə və Diskriminasiyaya qarşı kampaniya üzrə koordinator vəzifələrində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR