Gürcüstanın Zuqdidi rayonunun kəndlərində sel daşqınları baş verib

Gürcüstanın Zuqdidi rayonunun kəndlərində sel daşqınları baş verib
# 29 iyun 2012 13:33 (UTC +04:00)
Bakı - APA. Gürcüstanın Zuqdidi rayonunda yağan güclü yağış kəndlərdə sel daşqınlarına səbəb olub. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Zuqdidi bələdiyyəsinin sədri Aleksandr Kobaliya daşqın nəticəsində 7 kənddə böhran vəziyyəti yarandığını, yollar və körpülərin zədələndiyini deyib. Kəndlərdən bəzilərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib, bir kənddə sürüşmə baş verib və əhali köçürülüb. A. Kobaliya hazırda dəyən zərərin miqdarının müəyyənləşdirildiyini söyləyib.

Sameqrelo-Zemo Svaneti bölgəsinin qubernatoru Quram Misibaşvili təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bir neçə qərargah yaradıldığını, xüsusi texnika və xilasedicilərin cəlb olunduğunu açıqlayıb: “Hava şəraiti düzələn kimi bərpa işləri başlayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR