Gürcüstanın yeni baş naziri təyin edilib

Gürcüstanın yeni baş naziri təyin edilib
# 30 iyun 2012 21:29 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident Mixail Saakaşvili bildirib ki, Gürcüstan hökumətinin yeni baş naziri bazar ertəsi hökumətin yeni proqramı ilə çıxış edəcək: “Vano Merabişvili daxili işlər naziri kimi uğurlu olub. O, tapşırıqların öhdəsindən bacarıqla gəldi. Bu, istər korrupsiyaya qarşı və cinayətkarlıqla mübarizə sahəsində olsun, istərsə də Rusiya-Gürcüstan müharibəsindən sonra məcburi köçkünlər üçün yeni şəhərsalma məsələsində özünü göstərdi. İndi onun qarşısında ölkənin hər bir vətəndaşının vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən yeni proqramın yerinə yetirilməsi tapşırığı durur. Mən əminəm ki, o işsizliyin aradan qaldırılmasının da öhdəsindən gələcək”.

Prezident qeyd edib ki, yeni baş nazir işsizlik, səhiyyə və kənd təsərrüfatı sahələrində olan problemləri həll edəcək.

Saakaşvili Vano Merabişvili ilə necə tanış olduğu barədə də açıqlama verib. “Mən Merabişvili ilə o, Fermerlərin Müdafiə Fondunun rəhbəri və torpaqla məşğul olduğu zaman tanış olmuşdum. O zaman o, vəzifəsini layiqincə yerinə yetirdi, özünü parlaq şəkildə göstərdi, onun köməyi ilə bir sıra vacib islahatlar həyata keçirilib”.

Yeni baş nazir işsizlik və kənd təsərrüfatı sahələrində problemlər olduğunu deyib.

Gürcüstan prezidenti həmçinin indiyə qədər baş nazir vəzifəsini yerinə yetirən Nika Gilauriyə Rusiya ilə müharibənin nəticələrinin aradan qaldırılması, böhrandan çıxarılmasına görə, minnətdarlığını bildirib.

Prezident qeyd edib ki, Nika Gilauri hökumətin nəzdində yaradılan Tərəfdaşlıq Fonduna rəhbərlik edəcək və ölkəyə investisiyanın cəlb edilməsi ilə məşğul olacaq.

Xatırladaq ki, Gürcüstan Konstitusiyasına görə, baş nazir təyin olunduqdan sonra 10 gün ərzində hökumət formalaşdırılmalı və parlament tərəfindən təsdiq edilməlidir. Lakin parlament artıq yaz sessiyasını rəsmi şəkildə bağlı elan edib.

APA-nın məlumatına görə, yeni hökumət iyulun 2-də formalaşacaq, parlament isə hökuməti təsdiq etmək üçün növbədənkənar iclas çağıracaq.

Qeyd edək ki, V. Merabişvili Saakaşvili komandasında əsas şəxslərdən biridir. O, 2004-cü ilin iyul ayından Daxili İşlər Nazirliyinə rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR