Avropa Komissiyası: İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri avqustun sonunda keçiriləcək

Avropa Komissiyası: İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri avqustun sonunda keçiriləcək
# 15 avqust 2012 12:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri avqustun sonunda keçiriləcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının nümayəndəsi Sebastian Brayn bildirib.

Qeyd edək ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili arasında telefon danışığı zamanı yeni nüvə müzakirələrinin avqust ayında keçirilməsi barədə razılıq əldə olunub.

İranla “altılıq” ölkələri arasında sonuncu nüvə müzakirələri iyunun 18-19-də Moskvada keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR