AB və ABŞ COVID-19-a qarşı peyvəndləməyə dair müqavilə imzalayıb

AB və ABŞ COVID-19-a qarşı peyvəndləməyə dair müqavilə imzalayıb
# 22 sentyabr 2021 22:37 (UTC +04:00)

Avropa Birliyi (AB) və ABŞ koronavirusa qarşı peyvəndləmə prosesinə dair əməkdaşlıq barədə sənəd imzalayıblar.

APA TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

Tərəflər öz fəaliyyətlərində 2022-ci ildə dünya əhalisinin 70%-nin peyvənd olunmasına çalışacaqlarını qeyd ediblər.

“Dünyanı peyvəndləmək üçün ABŞ-la yeni əməkdaşlıq qurduğumuzu bildirməkdən məmnunam. 2022-ci ildə keçiriləcək BMT Baş Assambleyasına qədər dünya əhalisinin 70%-nin peyvənd olunmasını hədəfləyirik”, - deyə Ursula fon der Leyen “Twitter” səhifəsində yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR