ABŞ F-16 təyyarələri ilə bağlı layihəni Türkiyəyə göndərib

ABŞ F-16 təyyarələri ilə bağlı layihəni Türkiyəyə göndərib
# 29 fevral 2024 13:08 (UTC +04:00)

ABŞ-ın göndərdiyi “Təklif və Qəbul Layihəsi” Türkiyə tərəfinə təqdim edilib.

APA-nın Türkiyə müxbirinin bu barədə Türkiyə MN-dəki mənbələrə istinadən verdiyi xəbərə görə, layihədə 40 ədəd yeni F-16 Blok-70 təyyarəsinin Türkiyəyə satılması və mövcud 79 ədəd F-16-nın Hərbi Hava Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun modernləşdirilməsi tələbi yer alıb.

Qeyd olunub ki, araşdırmalar bitdikdən sonra iki tərəfin görüşü baş tutacaq və bu görüşdə birgə qiymətləndirmələrin aparılacağını bildirib.

Yekun olaraq isə tədarük prosesi başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR