Aİ-nin Belarusa qarşı son sanksiyalar paketinə Ukrayna və əlavə 7 ölkə qoşulub

Aİ-nin Belarusa qarşı son sanksiyalar paketinə Ukrayna və əlavə 7 ölkə qoşulub
# 23 avqust 2023 12:53 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Belarusa qarşı son sanksiyalar paketinə Ukrayna və əlavə 7 ölkə qoşulub.

APA xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi saytında məlumat dərc edilib.

Qeyd olunub ki, bu ayın 3-də Aİ tətbiq edilən yeni sanksiyalar paketini İttifaqa üzv olmaq istəyən namizəd ölkələr - Şimali Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Ukrayna və Albaniya, həmçinin Avropa Azad Ticarət Assosiasiyası ölkələri - İslandiya, Lixtenşteyn və Norveç də dəstəkləyib.

Xatırladaq ki, Aİ-nin son sanksiyalar paketinə Belarusdan 38 fiziki və üç hüquqi şəxs daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR