Aİ Qərbi Balkan ölkələrinin üzvlük perspektivini dəstəkləyir

Aİ Qərbi Balkan ölkələrinin üzvlük perspektivini dəstəkləyir
# 23 avqust 2023 02:54 (UTC +04:00)

Yunanıstanın paytaxtı Afinada Avropa İttifaqı (Aİ) rəsmiləri ilə Qərbi Balkan ölkələrinin rəhbərlərinin görüşü olub.

APA xəbər verir ki, görüşdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Serbiya Prezidenti Aleksandar Vuçiç, Monteneqro Prezidenti Yakov Milatoviç, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski və başqaları iştirak ediblər.

Aİ rəsmiləri Qərbi Balkan ölkələrinin ittifaqa üzvlük perspektivini dəstəklədiklərini bir daha bəyan ediblər. Lyayen namizəd ölkələrin Aİ-yə daha tez yaxınlaşmasının vacibliyini vurğulayıb. Avrokomissiyanın sədri ikitərəfli görüşlər də keçirib. Serbiya

Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti ilə ayrı-ayrılıqda görüşdüyünü qeyd edən Lyayen Kosovonun şimalında gərginliyin azaldılması, Aİ-nin dialoq səyləri və münasibətlərin normallaşmasına dair razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə etdiklərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR