Aİ Serbiya ilə Kosovodan problemlərin münasibətləri yaxşılaşdırmağı tələb edib

Aİ Serbiya ilə Kosovodan problemlərin münasibətləri yaxşılaşdırmağı tələb edib
# 22 oktyabr 2023 02:26 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Serbiya ilə Kosovonun ittifaqa inteqrasiyası üçün iki ölkə arasındakı problemlərin həllini və münasibətlərin yaxşılaşdırılmasını tələb edir.

APA xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Aİ-nin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və ABŞ-ın Qərbi Balkan ölkələri üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar, eləcə də İtaliya, Almaniya və Fransanın yüksək səviyyəli nümayəndələri ilə görüşüb.

Nümayəndə heyəti ilə görüşün çətin keçdiyini deyən Aleksandar Vuçiç deyib: “İnanıram ki, qarşıdakı dövrdə biz böhrandan çıxış yolunu tapacağıq. Yaxın günlərdə Brüsseldə mühüm görüşlər keçirəcəyəm”.

Miroslav Layçak isə deyib ki, Serbiya və Kosovonun Avropa İttifaqına üzvlük yolunda irəliləməsi üçün münasibətlərin normallaşması və imzalanan sazişin icrasının təmin olunması vacibdir. Serbiya və Kosovonun gərginliyi azaltmaq üçün dialoqu davam etdirməsinin və səylər göstərməsinin, həmçinin Qərbi Balkan regionunda sabitliyin bərpasının əhəmiyyəti vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR