Aİ sığınacaq və miqrasiya siyasətində dəyişikliklər edəcək

Aİ sığınacaq və miqrasiya siyasətində dəyişikliklər edəcək
# 20 dekabr 2023 12:45 (UTC +04:00)

Avropa İttifaqı sığınacaq və miqrasiya siyasətində dəyişikliklər edəcək.

APA xəbər verir ki, Aİ-nin sığınacaq və miqrasiya ilə bağlı hüquqi çərçivəsini əsaslı şəkildə yenidən nəzərdən keçirəcək beş əsas qaydanın siyasi elementləri ilə bağlı Aİ Şurası və Avropa Parlamenti razılığa gəliblər.

Aİ Şurasının yaydığı məlumatda bildirilib ki, yeni dəyişikliklər qeyri-qanuni miqrantların Aİ-yə gəldikdən sonra yoxlanılması, biometrik məlumatların toplanması, sığınacaq müraciətinə baxılması üçün hansı üzv dövlətin məsuliyyət daşıması, üzv dövlətlər arasında əməkdaşlıq, həmrəyliyi və böhran vəziyyətlərini, ümumilikdə sığınacaq üçün müraciətlərin edilməsi və baxılması prosedurlarından tutmuş, sığınacaq və miqrasiya idarəçiliyinin bütün mərhələlərini əhatə edir.

Aİ Şurası qeyd edib ki, yeni qaydalar qəbul edildikdən sonra bu, Avropa sığınacaq sistemini daha effektiv edəcək və ən çox miqrantların gəldiyi üzv dövlətlərin yükünü yüngülləşdirməyə imkan verməklə üzv dövlətlər arasında həmrəyliyi artıracaq.

Bugünkü müvəqqəti razılaşmadan sonra, yeni qaydaların təfərrüatlarını dəqiqləşdirmək üçün növbəti həftələrdə texniki səviyyədə işlər davam etdiriləcək. Bundan sonra müvəqqəti saziş təsdiq üçün üzv dövlətlərin nümayəndələrinə təqdim ediləcək.

Qeyd edək ki, bugünkü siyasi razılaşmanın bir hissəsi olan beş qaydanın hamısı Avropa Komissiyasının 23 sentyabr 2020-ci ildə təklif etdiyi Miqrasiya və Sığınacaq üzrə Yeni Paktın tərkib hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR