Almaniya Ukraynaya daha 4 ədəd “Bandvagn 206” zirehli maşını göndərib

Almaniya Ukraynaya daha 4 ədəd “Bandvagn 206” zirehli maşını göndərib
# 14 oktyabr 2023 04:15 (UTC +04:00)

on bir həftə ərzində Almaniya Ukraynaya daha 4 ədəd “Bandvagn 206” universal maşını tədarük edib.

Berlin, həmçinin Kiyevə 82 peyk rabitə terminalı, 4 sərhəd xidməti avtomobili, 50 ədəd dron sensoru, bir neçə qoşqu və yarımqoşqu, 100 min ilk yardım dəsti göndərib.

APA TASS agentliyinə istinadla bildirir ki, bu, bu, Almaniya hökumətinin Kiyevə göstərdiyi və ya gələcəkdə göstərməyi planlaşdırdığı hərbi yardımların yenilənmiş siyahısının davamıdır.

Xatırladaq ki, ötən çərşənbə axşamı Almaniya Müdafiə Nazirliyi qış ərəfəsində Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri – “Patriot” və “IRIS-T SLM & SLS”, həmçinin üç ədəd “Leopard” özüyeriyən texnika da daxil olmaqla, 1 milyard avro dəyərində yeni yardım paketi təqdim etdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR