Almaniya Ukraynaya "Leopard 1" tanklarını və "TRML-4D" radar sistemini verib

Almaniya Ukraynaya "Leopard 1" tanklarını və "TRML-4D" radar sistemini verib
# 30 avqust 2023 22:04 (UTC +04:00)

Almaniya hökuməti Ukraynaya daha bir hərbi yardım paketini təhvil verib.

APA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məluamt yayıb.

Xüsusilə "Leopard 1A5" tankları və "TRML-4D" hava nəzarət radar sistemi verilib.

Xatırladaq ki, Ukrayna Almaniyadan ilk TRML-4D hava müşahidə radarını may ayında, ikincisini isə iyun ayında alıb.

TRML-4D kiçik, sürətli və aşağıdan uçan və ya manevr edən qanadlı raket hədəflərini aşkar etməyə, izləməyə imkan verir .

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR