Almaniyanın cənubundsa silahlı şəxs xaricdən gələn turist avtobusunda 3 sərnişini girov götürüb.
APA “Bild” nəşrinə istinadən xəbər verir ki, hadisəni polis təsdiqləyib.
Hadisə Bavariyada baş verib.
Polis hər iki istiqamətdə yolu bağlayıb, xüsusi təyinatlılar əraziyə cəlb edilib.
Məlumata görə, əməliyyat zamanı üç partlayış səsi eşidilib, ərazi polis helikopteri ilə işıqlandırılıb.