Almaniyada Ukrayna ilə həmrəyliklə əlaqədar vergi tətbiqi təklif olunub

Almaniyada Ukrayna ilə həmrəyliklə əlaqədar vergi tətbiqi təklif olunub
# 24 dekabr 2023 13:01 (UTC +04:00)

Almaniyada Ukrayna ilə həmrəyliklə əlaqədar vergi tətbiqi təklif olunub.

APA-nın “Rheinische Post” qəzetinə istinadən verdiyi xəbərə görə, Almaniya hökuməti yanında İqtisadi Ekspertlər Şurasının sədri Monika Şnitzer belə bir təkliflə çıxış edib.

Monika Şnitzer deyib ki, xüsusi hadisələr xüsusi tədbirlər tələb edir: “Hərbi kömək üçün Almaniyada Ukrayna ilə həmrəyliklə əlaqədar vergi tətbiqi bu çağırışa cavab ola bilərdi. Düzdür, bu, qeyri-populyar addımdır. Ancaq son nəticədə bu müharibədə bizi təhlükəsizliyimizdən söhbət gedir. Ən yaxşısı indi hərəkətə keçməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR