Almaniyanın iqtisadiyyat naziri: "Putinin qazı daha da azaldacağını gözləməliyik"

Robert Habek

© APA | Robert Habek

# 22 avqust 2022 12:07 (UTC +04:00)

Almaniya Putinin qazı daha da azaldacağını gözləməlidir.
APA "Sky News"a istinadən xəbər verir ki, bunu Kanadada səfərdə olan Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.
Onun sözlərinə görə, Almaniya çətin dövrlə üzləşib və ölkə Rusiyanın qaz tədarükünü daha da sərtləşdirməsi ilə bağlı atacağı addımlara hazırlaşmalıdır.
"Bizi hələ çox kritik bir qış gözləyir. Biz Rusiya Prezidenti Vladimir Putinin qazı daha da azaldacağını gözləməliyik".
Bununla belə, nazir Habek əlavə edib ki, Almaniyanın qarşıdakı qışı sərt tədbirlər almadan başa vurmaq şansı var.
Qeyd edək ki, ötən həftə Rusiyanın dövlət enerji şirkəti “Qazprom” bu ayın sonunda Avropaya təbii qaz daşıyan əsas boru kəmərini üç gün müddətinə bağlayacağını bildirib. Bu addımın "müntəzəm yoxlama" səbəbiylə edildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR