Almaniyanın keçmiş maliyyə naziri vəfat edib

Almaniyanın keçmiş maliyyə naziri vəfat edib
# 27 dekabr 2023 12:54 (UTC +04:00)

Bundestaqın keçmiş spikeri, uzun müddət Almaniyanın bir sıra hökumətlərində daxili işlər və maliyyə naziri olmuş, Xristian Demokrat İttifaqının (CDU) tanınmış siyasətçisi Volfqanq Şöyble 81 yaşında vəfat edib.

APA DPA-ya istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Şöyble Almaniya siyasətində təxminən yarım əsrlik karyerası ərzində bir sıra mühüm vəzifələrdə çalışıb. Qərbi Almaniyanın daxili işlər naziri kimi o, Almaniyanın birləşməsinə böyük töhfə verib və 1990-cı ildə seçkiqabağı mitinqdə ruhi xəstə tərəfindən güllələndikdən sonra belə siyasəti tərk etməyib. Sui-qəsd nəticəsində Şöyblenin bədəninin aşağı hissəsi iflic olub və əli arabasına məhkum olub.

O, 2009-cu ilin oktyabrında dünyanın maliyyə nizamının pozulması təhlükəsi yaranan zamanda kansler Angela Merkelin maliyyə naziri olub. Maliyyə naziri kimi o, Avropanı borc böhranından çıxarmaq üçün sərt qənaət tədbirlərinin mərkəzi fiquru kimi xatırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR