Almaniyanın müdafiə naziri Avropada müharibə təhlükəsi barədə xəbərdarlıq edib

Almaniyanın müdafiə naziri Boris Pistorius

© APA | Almaniyanın müdafiə naziri Boris Pistorius

# 30 oktyabr 2023 12:15 (UTC +04:00)

Almaniyanın müdafiə naziri Boris Pistorius Avropada müharibə təhlükəsi barədə xəbərdarlıq edib.


APA DPA-ya istinadən xəbər verir ki, Almaniyanın müdafiə nazir bu barədə ZDF-in efirində "Berlin Direkt" proqramında bildirib.
Federal müdafiə naziri Avropada müharibə təhlükəsi barədə xəbərdarlıq edib və Almaniya müdafiə qüvvələrinin modernləşdirilməsi prosesini sürətləndirməyə çağırıb. "Biz yenidən Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq. Bu o deməkdir ki, biz müharibəyə hazır olmalıyıq. Müdafiədə olmalıyıq. Ordunu və cəmiyyəti buna hazırlamalıyıq", - nazir deyib.


Nazir Almaniya müdafiə qüvvələrinin modernləşdirilməsinin çox ləng getdiyinə dair iddialarla razılaşmadığını deyib. "Bu proses bundn daha sürətli gedə bilməz", o vurğulayıb. Eyni zamanda nazir əlavə edib ki, istehsal və tədarük vaxt aparır.


Avropada son 30 ildə qarşıdurmanın yaşanmadığı xatırladan nazir deyib: "30 ildə dağıdılan və tükənmiş hər şeyi 19 ay ərzində bərpa etmək mümkün deyil. Üç, dörd və ya beş ildən sonra Almaniya müdafiə qüvvələri tamamilə fərqli görünəcək".

Pistorius vurğulayıb ki, Almaniya ordusu artıq NATO çərçivəsində Avropada ən güclü silahlı qüvvələrdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR