Polşa Prezidenti Andjey Dudanın ofisinə məxsus avtomobillərdən birində izləmə cihazı aşkarlanıb.
APA xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşına istinadən məlumat paylaşıb. Bildirilib ki, cihazın bir neçə aydır ki, avtomobilə yerləşdirildiyi ehtimal edilir.
Məlumata görə, həmin avtomobil Polşa Prezidentinin Ukrayanaya səfərləri də daxil olmaqla bir neçə dəfə onun kartejinə daxil edilib.