Ankarada İsveçin NATO-ya üzvlüyü ilə bağlı iclas keçirilib

Ankarada İsveçin NATO-ya üzvlüyü ilə bağlı iclas keçirilib
# 14 iyun 2023 15:17 (UTC +04:00)

Ankarada İsveçin NATO-ya üzvlüyü ilə bağlı Daimi Mexanizmin iclası keçirilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə tərəfindən heyətə Prezidentin baş müşaviri Akif Çağatay başçılıq edib.

İclasda NATO nümayəndə heyətinin rəhbəri qismində NATO-nun baş katibliyi Kabinetinin rəhbəri Stian Yenssen, İsveç nümayəndə heyətinin rəhbəri qismində İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi Yan Knutsson və Finlandiya tərəfindən Xarici İşlər Nazirliyi dövlət katibi Jukka Salovaara iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR