AP Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək

AP Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək
# 23 fevral 2024 12:52 (UTC +04:00)

Avropa Parlamenti gələn həftə Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Almaniya Bundestaqının (parlament) deputatı Viola von Cramon-Taubadel erməni mediasına bildirib.

O qeyd edib ki, Avropa Parlamenti gələn həftə keçiriləcək plenar iclasda Ermənistanla viza rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılmasına dair qətnaməni müzakirə edəcək.

Deputatın sözlərinə görə, onlar çox istəyir ki, Ermənistan gələcəkdə Avropa İttifaqının (Aİ) bir hissəsi olsun və hazırda vizaların, həmçinin bazarların liberallaşdırılması məsələsində irəliləyiş şansı mövcuddur.

Həmçinin əlavə olunub ki, bir sıra Aİ ölkələrinin Ermənistanla bağlı narahatlığı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR