Makedoniyada daşqınlar nəticəsində 21 nəfər ölüb

Makedoniyada daşqınlar nəticəsində 21 nəfər ölüb
# 07 avqust 2016 22:50 (UTC +04:00)

Bakı-APA. Makedoniyanın paytaxtı Skopye şəhərində yağan güclü yağış və baş verən daşqın nəticəsində 21 nəfər ölüb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, daha 6 nəfər itkin düşmüş hesab edilir.

 

Təbii fəlakətlə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

Qeyd edək ki, ötən gün daşqınlar nəticəsində 15 nəfərin öldüyü bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR