Belçikada dünyanın ən böyük narkotik partiyalarından biri ələ keçib

Belçikada dünyanın ən böyük narkotik partiyalarından biri ələ keçib
# 14 iyun 2023 05:33 (UTC +04:00)

Belçikanın Gent şəhərində polis təsadüfən dünyanın ən böyük narkotik partiyasını həyata keçirilib.

APA-nın “The Brussels Time” portalına istinadən verdiyi məlumata görə, Brüsseldə oğurlanmış avtomobil və dələduzluq işi ilə bağlı aparılan araşdırmalar zamanı Brüssel polisinin əməliyyatçıları Gentdəki evlərdə bir axtarış aparıblar.

Bir yerdə polis ümumi dəyəri 200 milyon avrodan çox olan beş ton narkotiklə rastlaşıb. Bundan əlavə, polis silah və yüz minlərlə avro nağd pul götürüb.

Aşkar edilmiş narkotik partiyası Belçikada indiyə qədər qeydə alınmış ən böyük narkotik partiyası olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR