Bu gün Beyləqan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 338 m2 olan meyvə-tərəvəz satışı mağazasının dam örtüyünün yanar konstruksiyaları 180 m2 sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mağazanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.