Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyevin sərəncamı ilə qurumun Gənclər Təşkilatı yaradılıb.
Assambleyanın mətbuat xidmətindən APA-ya bildirilib ki, Danimarkada yaşayan Nigar Mobarəki təşkilatın rəhbəri təyin olunub.
DAA- nın Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov assambleyanın Şərq və Orta Asiya üzrə vitse-prezidenti, Raqif Hüseynov isə Macarıstan nümayəndəliyinin rəhbəri vəzifələrinə təyinat alıblar. R. Hüseynov eyni zamanda DAA prezidentinin Şərqi və Orta Asiya ölkələri üzrə müavini olacaq.
Assambleyanın İsveç nümayəndəliyinə də təyinat olub. Qurumu bu ölkədə yaşayan və doktorluq dissertasiyası müdafiə edən Aqil Vəliyev təmsil edəcək.
DAA prezidentinin başqa bir sərəncamı ilə Adilə Yusif DAA Malta nümayəndəliyi rəhbəri təyin olunub. A. Yusif 20 ilə yaxındır Maltada yaşayır. İxtisasca müəllimdir.