Boris Conson kraliçadan üzr istəyib

Boris Conson, II Elizabet

© APA | Boris Conson, II Elizabet

# 14 yanvar 2022 17:20 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson kraliça II Elizabetdən üzr istəyib

APA-nın yerli bürosunun xəbərinə görə, ötən il aprelin 16-da “Dauninq-strit”də şahzadə Filipin cənazə mərasimindən bir gün əvvəl iki yığıncaq təşkil edilib.

Mətbuatda bu barədə yayılan xəbərlərdən sonra Baş nazir Boris Conson bu gün kraliça II Elizabetdən üzr istəyib. Məlumatda ümumilli matəm zamanı belə bir tədbirin baş verməsindən təəssüf hissi ifadə olunub.

Qeyd edək ki, ötən il aprelin 16-da “Dauninq-strit”in ayrılan əməkdaşlarından biri üçün yığıncaq təşkil edilib, səhər saatlarına qədərə içkili və musiqili şənlik keçirilib. Bir gün sonra isə şahzadə Filipin Vindzor Sarayında vida mərasimi keçirilib.

Ölkədəki karantin qaydalarına görə, cənazəyə çox az sayda şəxs qatılıb.

Kraliça II Elizabet mərasim boyunca tək oturmalı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR