Boris Conson namizədliyini irəli sürməyəcəyini bildirib - VİDEO

Boris Conson namizədliyini irəli sürməyəcəyini bildirib - VİDEO
# 24 oktyabr 2022 00:17 (UTC +04:00)

Boris Conson baş nazirlik uğrunda keçiriləcək seçkidə namizəd olmayacağını açıqlayıb.

APA-nın “Sky News”a istinadən xəbərinə görə, o bildirib ki, yetərli sayda deputatların dəstəyinə sahibdir.

“Bu gecə mən təsdiq edə bilərəm ki, baş nazirlik postu üçün lazım olan səsdən də çox - 102 səsə sahibəm. Sabah öz namizədliyimi irəli sürə bilərəm. Seçkidə uğur qazanmağım üçün çox yaxşı şans var və həqiqətən də cümə günü “Downing Street”ə qayıda bilərəm”, - deyə keçmiş Baş nazir qeyd edib.

Parlamentdə vahid partiya olmadan səmərəli idarəçiliyin mümkün olmadığını deyən Conson nazmizədliyinin irəli sürülməsini düzgün hesab etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR