Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün telefonla danışmağa ümid edir.
APA-nın London müxbirinin verdiyi məlumata görə, bu barədə Böyük Britaniya Baş nazirinin “Dauniq-strit” 10 ünvanında yerləşən iqamətgahından açıqlama verilib.
Qeyd olunub ki, Conson fevralın 1-də Ukraynaya səfər edərək Prezident Vladimir Zelenski ilə də görüş keçirəcək. Boris Consonu səfər zamanı XİN başçısı Liz Trass müşayiət edəcək.