Boris Conson: “Ukrayna Rusiya üçün ikinci Çeçenistan ola bilər”

Boris Conson

© APA | Boris Conson

# 24 yanvar 2022 17:45 (UTC +04:00)

Ukrayna Rusiya üçün ikinci Çeçenistan ola bilər.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə bu gün Britaniyanın Baş naziri Boris Conson “Milton Keynes”dəki xəstəxanaya baş çəkərkən bildirib.

O deyib ki, kəşfiyyat məlumatına görə, Ukrayna sərhədlərində Rusiyanın 60 döyüş qrupu var.

“Biz Kremlə, Rusiyaya bildirməliyik ki, Ukraynaya təcavüz ağrılı, zorakı və qanlı bir iş olacaq. Düşünürəm ki, Rusiyadakı insanların buranın yeni Çeçenistan ola biləcəyini başa düşməsi çox vacibdir”, - Baş nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR