Borrel Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında Türkiyənin imkanından bəhs edib

Jozep Borrel

© APA | Jozep Borrel

# 23 avqust 2022 01:20 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.

APA xəbər verir bu barədə o, “Twitter” səhifəsində məlumat verib.

Aİ diplomatiyasının rəhbəri Ukraynadakı hərbi əməliyyatı dayandırmaq üçün Türkiyənin Rusiyaya təsirindən istifadə edəcəyinə ümid etdiyini bildirib.

“Ukrayna taxılının ixracına dair BMT razılaşmasının təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin yumşaldılmasında Türkiyənin rolunu vurğuladım. Aİ sanksiyalarının təsirini müzakirə etdim və Türkiyənin mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcəyinə ümidvar olduğumu bildirdim”,- deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR