Borrell: Aİ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri silah tədarükünün artırılmasından ibarətdir

Borrell: Aİ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri silah tədarükünün artırılmasından ibarətdir
# 11 dekabr 2023 12:27 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Ukraynaya təhlükəsizlik zəmanətləri silah tədarükünün həcminin artırılmasından ibarətdir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell İttifaqa üzv olan ölkələrin XİN başçılarının iclasından əvvəl jurnalistlərə bildirib.

Borrellin sözlərinə görə, Ukraynaya silah tədarükünün həcminin artırılması ilə bağlı qərar Aİ-nin 14-15 dekabr tarixlərində keçiriləcək sammitində qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR