Britaniya Ukraynadakı səfirliyinin əməkdaşlarını çıxarmağa başlayıb

Britaniya Ukraynadakı səfirliyinin əməkdaşlarını çıxarmağa başlayıb
# 24 yanvar 2022 13:26 (UTC +04:00)

Böyük Britaniya Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarını Kiyevdən geri çağırır.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Böyük Britaniya Rusiyanın Ukrayna sərhədinə qoşun yığması və artan təhlükəyə görə Ukraynadakı səfirliyindən əməkdaşlarını geri çəkməyə başlayıb.

Rəsmilər britaniyalı diplomatlara qarşı konkret təhdidlərin olmadığını, lakin Kiyevdə çalışan işçilərin təxminən yarısının Böyük Britaniyaya qayıdacağını bildirib.

Xarici İşlər Nazirliyindən verilən bəyanatda Britaniyanın Kiyevdəki səfirliyinin fəaliyyətini davam etdirəcəyini vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR