Çanaqqala boğazı gəmilərin keçidi üçün bağlanıb

Çanaqqala boğazı gəmilərin keçidi üçün bağlanıb
# 22 avqust 2023 19:43 (UTC +04:00)

Bölgədə davam edən meşə yanğını səbəbiylə Çanaqqala boğazı Marmara dənizi istiqamətində gəmilərin keçidinə bağlanıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

"Çanaqqala-Kəpəz bölgəsində baş verən meşə yanğını ilə əlaqədar olaraq Çanaqqala boğazında cənub-şimal istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti bir istiqamətdə həyata keçirilir", - nazirliyin açıqlamasında bildirilir.

Beləliklə, gəmilər müvəqqəti olaraq Egeydən Mərmərə dənizinə qədər boğazdan keçə bilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR