Çavuşoğlu Suriya müxalifətinin liderləri ilə görüşüb

Çavuşoğlu Suriya müxalifətinin liderləri ilə görüşüb
# 24 avqust 2022 16:21 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya Milli Koalisiyasının prezidenti Salem Əl-Meslet, Danışıqlar Komissiyasının sədri Bedr Camus və Müvəqqəti hökumətin baş naziri Əbdürrəhman Mustafa ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə bu barədə nazir “Twitter” hesabında məlumat paylaşıb.

“Biz müxalifətin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində siyasi proseslərə verdiyi töhfəni yüksək qiymətləndirir və dəstəkləyirik”, - deyə Çavuşoğlu paylaşımda qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR