Çexiya Ukraynaya F-16 simulyatoru verib

Çexiya Ukraynaya F-16 simulyatoru verib
# 06 avqust 2023 23:49 (UTC +04:00)

Çexiya Ukraynaya F-16 döyüş təyyarələrində pilotların hazırlığı üçün uçuş simulyatoru verib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

İyul ayında Çexiyanın Baş naziri Petr Fiala bəyan etmişdi ki, Praqa F-16 qırıcı pilotlarının Ukraynada təlim keçməsi üçün Kiyevə uçuş simulyatorları verəcək.

Bundan əvvəl müdafiə nazirinin strategiya, planlaşdırma və imkanlar üzrə köməkçisi Mara Karlin bildirmişdi ki, Qərb ölkələri Ukraynaya F-16 qırıcılarını yalnız bu ölkənin hərbçiləri onlardan istifadə etmək üçün təlim keçdikdən sonra verəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR