Gəncədə “İmamzadə” kitabının müzakirəsi keçirilib

Gəncədə “İmamzadə” kitabının müzakirəsi keçirilib
# 19 yanvar 2016 09:22 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində “İmamzadə” dini kompleksinə həsr olunmuş kitabın müzakirəsi keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, tarixçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 2012-ci ildən hazırlanmasına başlanılan “İmamzadə” kitabının ərsəyə gəlməsində 110 tarixçinin əməyi var.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu, “İmamzadə” dini kompleksi haqqında müfəssəl yazılmış nəfis bir kitabdır.

Kitabın baş redaktoru, Gəncə Dövlət Universitetinin professoru Mübariz Yusifov çıxış edərək, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin, Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun rəyləri əsasında, AMEA-nın Gəncə bölməsinin və elmi tədqiqatçıların gərgin əməyi sayəsində ərsəyə gələn kitabın dəfələrlə müzakirə olunduğunu, elmi tədqiqatçıların araşdırmaları sayəsində dini ziyarətgahlar haqqında ilk dəfə olaraq, ən mükəmməl tarixi əsər ərsəyə gəldiyini bildirib. 4 bölmə 300 səhifədən ibarət olan kitabda “İmamzadə”nin yaranma tarixi, “İmamzadə”nin tarixi etnoqrafik mənbə və epiqrafik abidə olması, dini ziyarətgah olaraq formalaşması, inkişafı, əsaslı şəkildə təmir və bərpası haqqında geniş məlumatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR