Cozep Borrellin müavini Moskvada səfərdədir

Enrike Mora

© APA | Enrike Mora

# 18 yanvar 2022 11:59 (UTC +04:00)

Aİ Xarici İşlər Xidmətinin siyasi direktoru, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin müavini Enrike Mora Moskvaya səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Aİ diplomatı "Twitter" hesabında bildirib.

"Rusiyalı həmkarlar ilə danışıqlar üçün Moskvadayam. Aİ-Rusiya arasında ikitərəfli münasibətlər, xarici siyasət məsələləri və Avropa təhlükəsizlik arxitekturası müzakirələrin gündəmində olacaq. Yanvarın 14-də Brestdə Aİ xarici işlər nazirləri tərəfindən bəyan olunan prinsiplər Aİ-nin mövqeyinin əsasını təşkil edir", - Cozep Borrellin müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR