Mövlud Çavuşoğlu Gürcüstanın baş naziri ilə görüşüb

Mövlud Çavuşoğlu Gürcüstanın baş naziri ilə görüşüb
# 17 fevral 2016 15:40 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda ikigünlük səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu baş nazir Giorgi Kvirikaşvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazirin mətbuat xidmətindən bildirilib ki, görüşdə Gürcüstan və Türkiyə arasında strateji əməkdaşlıq məsələləri, ticarət-iqtisadi əməkdaşlıq haqqında müzakirə aparılıb. Bakı-Tiflis-Qars dəmir yolu və Cənub enerji dəhlizinin həyata keçirilməsi, eləcə də regional nəqliyyat və enerji layihələri də müzakirə olunub.


Görüşdə Gürcüstanın xarici işlər naziri Mixail Canelidze iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR