Bakı - APA. “Bəzi dünya dövlətləri İŞİD vasitəsilə dünyanı qlobal dini və sivilizasiyalararası münaqişəyə sürükləyiblər.”
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin təhlükəsizlik xidmətləri rəhbərləri arasında keçirilən görüş zamanı bəyan edib. O bildirib ki, İŞİD layihəsi "ərəb baharı"ndan sonra baş qaldırıb və bəzi dünya və regional güclərin ikili standartları nəticəsində qüvvə toplayıb.