Azərbaycanla Latviya əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla Latviya əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı genişləndirir
# 03 dekabr 2015 08:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanla Latviya arasında Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

APA-Economics” xəbər verir ki, sənədi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Latviyanın rifah naziri Uldis Augulis imzalayıb.

Latviyalı nazir bildirib ki, imzalanan sənəd iki ölkə arasında əlaqələri daha da inkişaf etdirəcək.

S. Müslümovun sözlərinə görə, imzalanan sənəd hər iki tərəf üçün olduqca əhəmiyyətlidir: “Tərəflər hansı əməkdaşlıq tədbirlərinin həyata keçirəcəyini dəqiqləşdirdi. Biz əlilliyi olan şəxslərin sərgilərinin keçirilməsini nəzərdə tuturuq. Tərəflər təcrübə mübadiləsi həyata keçirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR