Danimarka Ukraynaya 19 ədəd F-16 qırıcısı tədarük edəcək

Danimarka Ukraynaya 19 ədəd F-16 qırıcısı tədarük edəcək
# 22 fevral 2024 16:13 (UTC +04:00)

Danimarka Ukraynaya bu ilin yayında 19 ədəd F-16 qırıcıları tədarük edəcək.

APA xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Rusiya ordusunun səmada üstünlüyünə qarşı çıxmaq üçün Amerika istehsalı olan F-16 qırıcılarından istifadə etmək istəyir.

ABŞ tərəfi bu ilin yayında ukraynalı pilotların təlimləri başa çatana qədər F-16 qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib.

Niderland hökuməti də ötən ilin avqustunda Ukraynaya F-16 qırıcılarının göndəriləcəyini açıqlayıb və Krallıq ukraynalı pilotlara təlimlər keçirildiyini qeyd edib, lakin 42 təyyarənin nə vaxt tədarük ediləcəyini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR